AZƏRBAYCAN RESPUBLİKASININ
DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Tarixi hadisələri işıqlandıran ABŞ-ın “Obscure Histories” (Müəmmalı Tarix) beynəlxalq onlayn platformasında “Qız qalası: Zərdüştliklə bağlı əfsanələr və memarlıq sirləri” sərlövhəli məqalə yayımlanıb.
Kanadanın Toronto şəhərində yerləşən "Azerbaijan in Global Context" (azglobalcontext.org) - Media ve Analysis Mərkəzinin təsisçisi və direktoru, Kanada Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Mahir Xəlifəzadənin ve Kanada universitet tələbəsi Leyla Xəlifəzadə ilə birgə qələmə aldıqları məqalədə paytaxt Bakının əsas memarlıq və tarixi abidəsi olan Qız qalasından bəhs edilib. Bu abidənin tarixi köklərinin qədim zamanlara – Azərbaycandakı zərdüştlük dövrünə gedib çıxdığından bəhs edilib.
Məqalədə Bakının zəngin tarixi və mədəni irsə malik olması, İçərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Qız qalası barədə akademik müzakirələrin aparıldığı, abidəyə dair əfsanələrin Azərbaycan ədəbiyyatında əks olunduğu, Azərbaycanın məşhur yazıcılarının, bəstəkarlarının və rəssamlarının əsərlərində Qız qalasının vəsf edildiyi barədə ətraflı məlumat verilib.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
No comments:
Post a Comment