Pages

Şəkidə Çingiz Xəlifəzadəyə Həsr Olunan ‘Geologiya Elminin Zirvəsində’ Kitabının Təqdimatı

 BENIM HABER

Dedicated:

To my first teacher, friend, and dad: Professor Chingiz Khalifa-zade, Honorable Geologist of Azerbaijan and Vietnam, member of the Azerbaijani Academy of Science and Russian Academy of Natural Sciences

Posted from:

Cavanşir Gadimov, "Şəkidə Çingiz Xəlifəzadəyə Həsr Olunan ‘Geologiya Elminin Zirvəsində’ Kitabının Təqdimatı", BENIM HABER, 31 August 2025, available at: https://benimhaber.wordpress.com/2025/08/31/shekide-cingiz-xelifezadeye-hesr-olunmus-tedbir-kecirildi/

Prof Khalifa-zade presents his new book:
"On the Peak of Geological Science", Azerneshr, Baku, 2025


30 avqust 2025-ci il tarixində Şəkidə Azərbaycanın əməkdar geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadəyə həsr olunmuş tədbir təşkil edildi. Yurd Yaddaşı Muzeyində keçirilən bu tədbir, Firuzə Nadir tərəfindən yazılmış “Geologiya Elminin Zirvəsində” adlı kitabın təqdimatı münasibətilə baş tutdu. 94 yaşlı alim Çingiz Xəlifəzadə özü də tədbirdə iştirak etmək üçün doğma Şəkiyə gəldi.

“Geologiya Elminin Zirvəsində” Kitabının Təqdimatı



Tədbirin ideya müəllifləri Yurd Yaddaşı Muzeyinin təsisçiləri Xatirə Əkbərova və Qətibə Qədimova olub. Təşkilati işlər isə Xatirə Əkbərova və Natella Xəlifəzadə tərəfindən həyata keçirilib. Tədbiri Nakam adına Şəki Mərkəzi Kitabxananın əməkdaşı Dilbər Yaqubova aparıb.

Tədbirə Şəkinin ziyalıları, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin üzvləri, jurnalistlər, Çingiz Xəlifəzadənin qohumları və tanışları qatılıb. İştirakçılar arasında professorun eyni adı daşıyan nəvəsi Çingiz Xəlifəzadə də yer alıb.

Prof Chingiz Khalifa-zade and his grandson Chingiz Khalifazadeh 

Tədbirdə çıxış edənlər Çingiz Xəlifəzadənin zəngin həyat yolu və geologiya elmindəki nailiyyətlərinə diqqət çəkiblər. Onun əməkdar geoloq və professor kimi fəaliyyətləri, elmi araşdırmaları və tələbələrinə verdiyi töhfələr xüsusi vurğulanıb. Çıxış edənlər həmçinin “Geologiya Elminin Zirvəsində” kitabı haqqında məlumat verərək, bu əsərin professorun həyat və fəaliyyətini işıqlandıran mühüm bir əsər olduğunu qeyd ediblər. İştirakçılar Xəlifəzadə ilə bağlı şəxsi xatirələrini də bölüşüblər.

Cutting the book's cake

Çingiz Xəlifəzadə Kimdir? https://en.wikipedia.org/wiki/Chingiz_Khalifa-zade

Çingiz Xəlifəzadə 17 fevral 1931-ci ildə Şəki şəhərində (o dövrdə Nuxa) anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) geoloji-kəşfiyyat fakültəsinin professoru, “Mineralogiya, petroqrafiya və litologiya” kafedrasının uzunmüddətli rəhbəri, Azərbaycan Sedimentologiya Cəmiyyətinin prezidenti və Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir. Çökmə süxurlar, neft-qaz hövzələri və mineralogiya sahəsində apardığı araşdırmalarla tanınan Xəlifəzadə “Azərbaycanın əməkdar geoloqu” fəxri adına layiq görülüb. O, həmçinin Vyetnamın neft sənayesinə verdiyi töhfələrə görə təltif olunub və çoxsaylı elmi məqalələr, dərsliklər müəllifidir.


Cavanşir Qədimov, Şəki, 30 avqust 2025


No comments:

Post a Comment